2020-03-16

İsveçrə Konfederasiyasında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə!

Hörmətli həmvətənlər,

Məlum olduğu kimi, yeni tip koronavirusun (COVID-19) İsveçrə Konfederasiyasında surətlə yayılması müşahidə edilməkdədir. Koronavirusdan effektiv şəkildə qorunmaq üçün aşağıdakı tövsiyyələrə ciddi şəkildə əməl olunmasını xahiş edirik.

  • İsveçrə Konfederasiyasının dövlət orqanlarının yaydığı məlumat və tövsiyyələrin diqqətlə izlənilməsi. Əlavə məlumatlar ilə aşağıdakı keçidlər vasitəsi ilə tanış ola bilərsiniz: https://foph-coronavirus.ch/https://www.bag.admin.ch/bag/en/home/krankheiten/ausbrueche-epidemien-pandemien/aktuelle-ausbrueche-epidemien/novel-cov.html
  • Xüsusi zəruriət olmadığı hallarda icimai nəqliyyatdan istifadənin məhdudlaşdırılması və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinilməsi.
  • Koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə və ya simptomların yarandığı halda təcili tibbi müayinədən keçilməsi.
  • Səfirlik tərəfindən bu məsələ ilə əlaqədar yaradılmış “qaynar xətt” ilə əlaqə saxlamaq: +41782273635

 

Eyni zamanda diqqətinizə çatdırırıq ki, konsulluq sahəsində çalışan əməkdaşların, habelə qəbula gələn vətəndaşlar arasında yoluxma riskinin azaldılması məqəsdilə, təcili olmayan konsulluq əməliyyatları təxirə salınır. Vətəndaşların qəbulu yalnız əvvəlcədən müəyyən edilmiş görüş vaxtlarında və tək-tək aparılacaqdır.

Hər hansı fövqəladə vəziyyətlə bağlı məlumatlandırılma və hüquqi yardımın göstərilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşlarının Səfirliyinin Konsulluq şöbəsində konsulluq qeydiyyatına alınmaları üçün müraciət etmələri tövsiyyə olunur (Tel: +41313505040,  e mail: bern@mission.mfa.gov.az )

Arxiv üzrə axtarış