2020-11-19

İsveçrə Federal Parlamentində ən çox oxunan qəzet olan “Weltwoche”-də İsveçrədəki Azərbaycan səfirinin erməni yalanlarını ifşa edən müsahibəsi dərc edildi.

Bu ilin 22 oktyabr tarixində İsveçrə Federal Parlamentində ən çox oxunan qəzet olan “Weltwoche”-də Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimovanın erməni yalanlarını ifşa edən geniş müsahibəsi dərc edilmişdir. Qeyd etmək lazımdır ki, “Weltwoche” qəzetində ilk dəfədir ki Azərbaycanla bağlı məqalə İsveçrəli oxuyucuların diqqətinə çatdırılmışdır.

Müsahibədə jurnalistə Paşinyanın 2018-ci ildə Ermənistanda hakimiyyətə gəlməsindən sonra Ermənistanın təxribat xarakterli fəaliyyəti barədə faktları bir-bir sadalayan səfir cari ilin iyul, avqust aylarında həm iki ölkə sərhədində, həm təmas xəttində Ermənistan tərəfindən hücum cəhdlərinin qarşısının alınması barədə məlumat vermişdir. Habelə səfir son olaraq 27 sentyabr tarixindən başlayaraq Ermənistanın Azərbaycana qarşı başlatdığı hücumdan sonra iki ölkə arasında diplomatik danışıqlara ciddi zərbə vurulduğunu qeyd etmiş və indiki müharibənin səbəbkarının Paşinyan olmasını diqqətə çatdırmışdır.

Sonra səfir X.İbrahimova BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının məlum qətnamələri barədə məlumat verərək həmin sənədlərdə Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələblərinin olmasını vurğulamışdır. İşğal edilmiş ərazilərimizdə Ermənistan tərəfindən yaradılan qondarma “dağlıq qarabağ respublikası”ndan bəhs edən səfir bu qondarma rejimin İsveçrə də daxil olmaqla heç bir ölkə tərəfindən tanınmadığını bildirmişdir. Həmçinin o, indiki məqamda müharibənin sülh yolu həlli yolunun Azərbaycanın ərazi bütövlüyünün təmin olmasından keçdiyini vurğulamışdır.

Müsahibədə, həmçinin Ermənistan tərəfindən Gəncə şəhərində mülki şəxslərə qarşı törədilən qətliam barədə məlumat verərək bu qətliamın səbəbkarı kimi əlləri qana bulaşmış Paşinyan və Ermənistan hökumətini göstərmişdir. Moskvada iki ölkə arasında əldə edilən humanitar atəşkəsdən sonra Gəncədə mülki əhaliyə qarşı aparılan hərbi təcavüzü pisləyən səfir beynəlxalq mətbu orqanların əksər hallarda qərəzli yanaşmalarını da qınamışdır. Jurnalistin “Ermənistanın Azərbaycandan ərazicə kiçik və kasıb olması” fikirlərinə də münasibət bildirən səfir, erməni diasporunun Avropada və digər regionlarda özlərini həmişə məzlum xalq kimi göstərməyə çalışdığını ifadə etmiş, erməni diasporunun Ermənistanın təcavüzkar ola bilməyəcəyinə dair yalanlarını ifşa etmişdir

Müsahibədə, həmçinin İsveçrə-Azərbaycan iqtisadi əlaqələrinə toxunulur, hazırda 67-dən çox İsveçrə şirkətinin Azərbaycanda uğurlu fəaliyyətindən bəhs edilir. Bildirilir ki, Azərbaycanda neft-qaz sənayesinin üstünlük təşkil etməsi qeyd olunsa da, ölkəmizdə bərpa olunan enerji, kənd təsərrüfatı, turizm kimi sahələrinin inkişafı istiqamətində işlər aparılması qeyd olunur.

Eyni zamanda, müsahibədə Azərbaycan tarixi ilə bağlı qeyd edilən qəzetin redaksiyası üçün maraq kəsb edən maraqlara toxunulmuşdur. Müsəlman əhalisinin çoxluq təşkil etdiyi Azərbaycanın 1918-ci ildə Şərqdə ilk dünyəvi demokratik respublika və qadınlara səsvermə hüquq verən ilk ölkə kimi tanındığını oxuyucuların diqqətinə çatdıran səfir X.İbrahimova ölkəmizin SSRİ dönəmində ermənilərlə birgə yaşayışına vurğu etmişdir. Sonra qeyd olunmuşdur ki, SSRİ-nin dağılmasında öncə 1988-ci ildən başlayaraq Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürmüş və nəticə etibarilə, Ermənistan Azərbaycan yalnız Dağlıq Qarabağ bölgəsini deyil, eləcə də ətraf yeddi rayonunun işğalını həyata keçirmişdir.

.

Arxiv üzrə axtarış