2020-11-19

İsveçrənin beynəlxalq nüfuzlu “Tages Anzeiger” qəzeti ilə dərc olunan tematik dərgidə səfir Xanım İbrahimovanın “Biz münaqişəni sülh danışıqları ilə həll etmək istərdik” başlıqlı məqaləsi dərc olunmuşdur.

Səfirlik tərəfindən aparılan işlər nəticəsində İsveçrənin nüfuzlu qəzeti olan “Tages Anzeiger” ilə birgə dərc olunan tematik dərgi olan “Fokus Sicherheit”da Azərbaycanın haqq səsininin və mövqeyinin işıqlandırılması mümkün olmuşdur. Bununla əlaqədar olaraq, bildirmək istərdik ki, “Tages Anzeiger” qəzeti ilə birgə dərc olunan “Fokus Sicherheit” tematik dərgsində səfirin “Biz münaqişəni sülh danışıqları ilə həll etmək istərdik” başlıqlı müsahibəsi dərc edilmişdir.

Müsahibədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Qarabağ bölgəsinin gələcəyini bir sülh sahəsi olaraq görürük. İnvestisiyalar və inkişaf təcrübəmizlə bu bölgəni dünyanın ən çiçəklənən bölgələrindən birinə çevirə bilərik və dinc yanaşı yaşaya bilərik. Ancaq bunun üçün müharibənin nəticələri ortadan qaldırılmalıdır" sitatını səsləndirilmiş və Ermənistanın Azərbaycana qarşı təcavüzü və qızıl yataqlarının qanunsuz istismarına dair geniş müsahibə verilmişdir.

Müsahibədə işğaldan azad olunmuş Zəngilan rayonu ərazisində yerləşən əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan İsveçrədə rəsmi qeydiyyatdan keçmiş şirkətlərin və şəxslərin aşkarlandığını bildirən X.İbrahimova məhz İsveçrədə məskunlaşan, “Goldstar” şirkətinin və “Frank Muller” saat brendinin erməni əsilli rəhbəri Vartan Sirmakes tərəfindən qızıl yataqlarının qanunsuz istismar edildiyi faktlarının üzə çıxdığını bildirmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən yayılmış bəyanat səfir tərəfindən qeyd olunaraq, işğal olunmuş və artıq işğaldan azad edilmiş ərazilərimizdə bütün sahələr üzrə qanunsuz fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin milli və beynəlxalq qanunvericilik əsasda məsuliyyətə cəlb ediləcəklərini bildirmişdir.

Gəncə və Bərdə şəhərləri daxil olmaqla cəhbə bölgəsindən uzaqda yerləşən digər şəhər və qəsəbələrdə Ermənistanın işğalçı qüvvələri tərəfindən dinc əhaliyə qarşı hərbi cinayətlərin törədildiyini və nəticədə çoxlu sayda mülki şəxsin yaralanaraq həlak olduğunu, bununla da humanitar atəşkəslərin kobudcasına pozulduğu bildirmişdir. Məhz Cenevrə Konvensiyasına və digər beynəlxalq humanitar hüquqa əsasən, mülki insanların və şəhərlərin vurulmasının beynəlxalq əhəmiyyətli cinayət olduğunu bildirən X. İbrahimova, Ermənistan silahlı qüvvələrinin Ağcabədi, Bərdə, Goranboy və Tərtər bölgələrinə dəfələrlə ağır artilleriya hücumları ilə mülki infrastrukturun ciddi şəkildə zədələndiyini vurğulamışdır.

Baş verən son hadisələrin başlanğıcının əsas səbəbkarı kimi Ermənistan göstərilmiş – Ermənistan hökumətinin həm təxribat xarakterli bəyanatları və hərəkətləri, həm də atəşkəs rejiminin hər gün pozulması faktları göstərilmişdir. Məhz bu səbəblə, hal-hazırda Azərbaycanın öz ərazi bütövlüyünü döyüş meydanında böyük əzmlə bərpa etdiyini qeyd edən səfir, Prezident İlham Əliyevin “Biz BMT Təhlükəsizlik Şurasının qərarlarını təkbaşına yerinə yetiririk” sözlərini bir daha İsveçrə siyasi xadimlərinin diqqətinə çatdırmışdır.

Məqalədə həmçinin zərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri cənab Hikmət Hacıyevin Azərbaycan silahlı qüvvələri tərəfindən nəzarət edilən torpaqlara gələn erməni əsgərlərinə və mülki əhalisinə Azərbaycan tərəfindən humanizm prinsinlərinə və eləcə də Cenevrə Konvensiyalarına müvafiq olaraq, lazımi humanitar dəstəyin göstərilməsinə və Azərbaycan Respublikasının hər zaman diplomatik danışıqlara hazır olmasını bildirən sitatları da əks olunmuşdur.

Arxiv üzrə axtarış