Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri cənab Hikmət Hacıyevə İsveçrənin ən böyük radiosu olan “SRF” radiosuna müsahibə vermişdir.
Müsabhidə zamanı 1990-cı illərin əvvəllərində baş vermiş müharibə barəsində məlumat vermiş və o zaman Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda və yeddi ətrafı rayonda nəzarəti ələ keçirə bilmələri qeyd edilmiş və beynəlxalq hüquq prinsiplərinə müvafiq olaraq, Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycan Repsublikasının ərazisinə aid olması bildirilmişdir. Müsahibə zamanı H.Hacıyev Azərbaycan Respublikasının 27 ildən çox danışıqlar aparmasını və ərazilərinin geri qayıdacağına ümid etdiyini bildirmişdir.
Eyni zamanda H.Hacıyev Azərbaycan tərəfinin qisas almaq arzusunda olmadığını, yalnız öz torpaqlarını azad etmək istədiyini bildirmiş və bu münaqişə Ermənistan silahlı qüvvələrinin Azərbaycana aid olan ərazilərdən geri çəkildikdən sonra sonluq ilə nəticələnə bilməsini vurğulamışdır. H.Hacıyevin Azərbaycanın mülki əhaliyə, eləcə də Dağlıq Qarabağın erməni icmasına qarşı mübarizə aparmadığını, onların Azərbaycan Respublikasının vətəndaşları kimi qəbul edildiklərini bildirmişdir.
Jurnalist Judith Huber bir aydan çox davam edən müharibədə Azərbaycanın Dağlıq Qarabağda olan mülki obeyktləri raket atəşinə tutmasını qeyd etmiş və “Human Right Watch” təşkilatı tərəfindən qadağan olunmuş kaset bombalarının istifadə edilməsinin təsdiq olunması faktının olmasını vurğulamışdır. H.Hacıyev öz növbəsində Azərbaycan tərəfinin mülki əhalini qəsdən hədəfə almadıqlarını bildirmiş və “Human Right Watch” təşkilatı tərəfindən, Ermənistanın keçən həftə ərzində cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərinin raket atəşinə məruz qoyduğu zaman qadağan olunmuş kaset bombalarından istifadə etməsinin təsdiq olunmasını qeyd etmişdir. H.Hacıyev həmçinin Qafqazın Avropanın bir hissəsi olmasını qeyd etmiş və Azərbaycan Respublikasının həm ATƏT-in həm də Avropa Şurasının üzvü olduğunu bildirmişdir. H.Hacıyev müsahibə zamanı Avropa Şurasının üzvü olan dövlətin mülki əhalinin sıx məskunlaşdığı şəhərlərə ballistik raketlərdən atəş açmasının nə qədər real ola bilməsi haqqında danışmış və belə bir halın bir neçə Azərbaycan şəhərində yaşanıldığını vurğulamışdır. H.Hacıyev Ermənistanın bu hərəkətlərinin dünya dövlətləri tərəfindən qınanmadığını və bunun onlara cəsarət verdiyini qeyd etmişdir.
Jurnalist hal-hazırda Azərbaycan ordusunun Dağlıq Qarabağda uğur qazandığını və eyni zamanda Ermənistan sərhəddinə yaxınlaşdığı barəsində məlumat verərək Azərbaycanın Ermənistan sərhəddinə hörmət edəcəyini soruşmuşdur. H.Hacıyev Azərbaycan Respublikasının Ermənistan da daxil olmaqla bütün dövlətlərin sərhədlərinə hörmətlə yanaşdığını qeyd etmişdir.
Bildiyiniz kimi, İsveçrə konservativ ölkə olduğu üçün mətbu orqanlar arasında radioya böyük önəm verilir və bütün siyasi xadimlər tərəfindən “SRF” radiosu dinlənilir. Səfirliyin əməkdaşlıq etdiyi siyasi xadimlər bu müsahibənin müsbət və təsir edici olduğunu bildirmişlər.