2021-12-13

“Cari ilin 12 dekabr tarixində AR-in İsveçrədəki səfirliyində ulu öndər Heydər Əliyevin anım günü qeyd olunmuşdur. Tədbirdə səfirliyin əməkdaşları və onların ailə üzvləri iştirak etmişdirlər. İsveçrədə koronovirus pandemiyası ilə bağlı həyata keçirilən yeni məhdudlaşdırıcı tədbirləri və qapalı məkanda toplanan insanların sayına dair olan yeni sərt tələbləri nəzərə alaraq tədbir səfirliyin binasında epidemioloji tələblərə uyğun formada keçirilmişdir.

Sözügedən anım tədbirində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin keçdiyi mürəkkəb və şərəf dolu həyat yolundan və dövlətimizin müstəqilliyinin əbədiləşdirilməsi istiqamətində əsirgəmədiyi səylərdən ətraflı danışılmışdır.

Tədbir ulu öndər Heydər Əliyevin büstünə əklil qoymaqla və bir dəqiqəlik sükutla yekunlaşmışdır.”

 

Arxiv üzrə axtarış