2022-01-25

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı AR-in İsveçrədəki səfirliyi tərəfindən anım tədbiri keçirilmişdir

Cari ilin 20 yanvar tarixində saat 12:00 radələrində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı AR-in İsveçrədəki səfirliyi tərəfindən anım tədbiri keçirilmişdir. Tədbir çərçivəsində İsveçrənin Lüsern şəhərinə səfər edilmişdir.

Tarix boyu müharibələrdə azadlıq və müstəqillik uğrunda canlarını fəda etmiş İsveçrə əsgərlərinin xatirəsinə həsr olunmuş İsveçrənin kədər və eyni zamanda qürur yaddaşını əks etdirən dünya şöhrətli “Can verən Aslan” tarixi abidənin üzərinə gül dəstəsi qoyulmuş, müstəqilliyimizin bərpası uğrunda özlərini qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sözügedən abidənin ziyarəti dünyada müstəqillik və azadlıq uğrunda həlak olmuş insanların xatirəsini yad etmək üçün yaranmış bir ənənədir.

İsveçrədə koronovirus pandemiyası ilə bağlı həyata keçirilən yeni məhdudlaşdırıcı tədbirlər və bundan irəli gələn yeni sərt tələblər nəzərə alınaraq tədbirdə yalnız səfirliyin əməkdaşları və onların ailə üzvləri iştirak etmişdirlər.

Luzern 1

Luzern 2

Arxiv üzrə axtarış