2023-08-15

74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikasına səfərlə bağlı

  • 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il sentyabrın 20-dən oktyabrın 7-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

Viza verilməsi üçün aşağıdakı sənədlərdən biri əsas hesab edilir:

  1. 74-cü Beynəlxalq Astronavtika Konqresinin beynəlxalq təşkilatçısı olan
    Beynəlxalq Astronavtika Federasiyasının müvafıq qaydalarına uyğun olaraq
    elektron qeydiyyat sistemi vasitəsilə qeydiyyatdan keçməni təsdiq edən
    sənəd;
  2. 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan
    Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində
    "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi
    şəxsin rəsmi dəvət məktubu.

Arxiv üzrə axtarış