Səfir Fuad İsgəndərov Lixtenşteyn Knyazlığının Universitetində təşkil olunmuş müzakirələrdə iştirak etmişdir.
Səfir Fuad İsgəndərov Belçika Krallığının 2024-cü il Avropa Şurası prezidentliyi çərçivəsində Lixtenşteyn Knyazlığında akreditə olunmuş səfirlər üçün cari ilin 19 fevral tarixində Lixtenşteyn Knyazlığının Universitetində təşkil olunmuş professor Jonathan Holslagın təqdimatında “Avropanın gələcəyinə” həsr olunmuş müzakirələrdə iştirak etmişdir.
Tədbir çərçivəsində səfir F.İsgəndərov Lixtenşteyn Knyazlığının digər ictimai xadimləri ilə yanaşı həmçinin Lixtenşteyn Knyazlığının xarici işlər, təhsil və idman naziri xanım Dominique Hasler və eyni zamanda Lixtenşteyn Knyazlığının xarici əlaqələr ofisinin rəhbəri səfir Martin Frick ilə görüşərək, iki ölkə arasında olan ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq ətrafında fikir mübadiləsi aparmışdır.