Səfir X.İbrahimova İsveçrənin Federal Ədliyyə və Polis Departamentinin rəhbəri Simonette Sommaruqa ilə görüşdə iştirak etmişdir
15 fevral 2018-ci il tarixində səfir X.İbrahimova Berndə akkreditə olunmuş qadın səfirlərin İsveçrənin Federal Ədliyyə və Polis Departamentinin rəhbəri Simonette Sommaruqa ilə işçi naharında iştirak etmişdir. Görüşdə S.Sommaruqa İsveçrədə qadın hüquqlarının müdafiəsi və həyata keçirilən miqrasiya siyasəti barədə ətraflı məlumat vermişdir.
Federal Departamentin rəhbəri ilə söhbəti zamanı səfir X.İbrahimova miqrasiya məsələləri fonunda Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 1 milyona qədər dinc əhalinin qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi barədə məlumat vermişdir. O əlavə etmişdir ki, Amerika və əksər Avropa ölkələrində qadınlar seçki hüququndan məhrumkən 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadına kişilərlə bərabər seçkilərdə iştirak etmək hüququ verilirmişdir.