2018-01-28

İsveçrənin Sankt Morits şəhərində 34-cü Qar Polosu üzrə Dünya Kuboku keçirilmişdir

26-28 yanvar 2018-ci il tarixlərində təşkil olunan Qar Polosu Dünya Kuboku çərçivəsində yarışların keçirildiyi ərazidə Azərbaycan Atçılıq Federasiyası tərəfindən Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin musiqisi, mətbəxi, ədəbiyyatı və Qarabağ atlarını təbliğ edən guşələr təşkil olunmuşdur.

Yarışların keçirildiyi meydança, çap materialları, idmançıların geyimləri, təqdimat və mükafatlandırma mərasimləri və təşkil olunan mətbuat konfranslarında Azərbaycanı təmsil edən “Land of Fire” loqotipi istifadə edilmişdir. Həmin meydançada təşkil olunan Azərbaycan çadırında, milli təamlar, şirniyyatlar və mürəbbə çeşidləri, o cümlədən bir çox digər məhsullarla yanaşı, Azərbaycan muğam konsertləri və milli rəqsləri tədbir boyunca qonaqlara təqdim edilmişdir.

Yarışların ikinci günündə xüsusi qonaqlar üçün təşkil olunan “Baku Moritz” Qala gecəsində isə Azərbaycan Kulinariya Mərkəzi tərəfindən hazırlanan milli mətbəximizin, eləcə də Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının iştirakı ilə musiqi proqramının təqdimatı keçirilmişdir.

Arxiv üzrə axtarış